Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalır
25.11.11 20:18

Bu il rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbləri və uşaq evlərindən 105 uşaq bioloji ailələrin və yaxın qohumlarının himayəsinə qaytarılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov Bakıda “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı” çərçivəsində 2001-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilən konfransda deyib. Nazir bildirib ki, görülən tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 465 nəfər uşağın internat məktəbinə düşməsinin qarşısı alınıb. Onun sözlərinə görə, Təhsil Nazirliyinin məlumat bazasında olan göstəricilərə əsasən, 2011-2012-ci tədris ili üzrə ölkədə mövcud ilan 44 dövlət uşaq müəssisəsində 9776 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 3750 nəfəri müəssisədə gecələyən uşaqlardır, qalan 6026 nəfər uşaq müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edir, gecəni isə ailəsi ilə birgə keçirir. M.Mərdanov əlavə edib ki, Təhsil Nazirliyi tərəfindən aparılan işlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalır. Belə ki, onların sayı 2008-ci ildə 14389 nəfər, 2009-cu ildə 10055, 2010-cu ildə 9827, 2011-ci ildə isə 9776 nəfər olub. Nazir qeyd edib ki, dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayında da illər üzrə azalma müşahidə edilir. Belə ki, 2008-ci ildə 4055, 2009-cu ildə 3945, 2010-cu ildə 3860 nəfər uşaq müəssisələrində gecələyirdisə, bu il onların sayı 3750 nəfərə qədər azalıb. Himayəçilərə verilən uşaqların sayında da azalma müşahidə edildiyini diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, aparılan tədbirlər nəticəsində internat məktəblərinin bir neçəsi adi məktəbə çevrilib.
URL / WWW
http://kelam.az/article/a-5293.html