Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Bakı Şəhər Turu” layihəsinin 1 ili münasibəti ilə tədbir keçirilib
26.11.11 01:18

Bu gün “Baku City Tour - Bakı Şəhər Turu” layihəsinin həyata keçirilməsinin bir ili tamam olur. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı mətbuat nümayəndələrinin də iştirakı ilə “Bakı turu” keçirilib. Qeyd edək ki, layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm İnformasiya Mərkəzi “Millenium Turizm Konqres DMC” ilə birgə Azərbaycanın turizm potensialı və mədəni irsinin daha geniş təbliğ olunması və eyni zamanda gənc tur bələdçilərin professional səviyyəsinin daha da artırılması məqsədi ilə ötən ilin noyabr ayından reallaşdırılır. “Millenium Turizm Konqresi DMC”-nin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, şəhər gəzintisi hər gün səhər saat 12.00-da “Azadlıq” meydanında başlayır və təqribən 5 saata yaxın bir zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaxınlığında bitir. Ekskursiya eyni zamanda, rus, ingilis, fars və türk dillərində aparılır. Layihəyə Azərbaycan Turizm İnstitutunun tələbələri də cəlb olunur. Bakıda fəaliyyət göstərən mehmanxanalar, restoranlar, turizm şirkətləri, nəqliyyat qovşaqları (avtovağzal, dəniz limanı, hava limanı, dəmir yol vağzalı) xarici ölkə nümayəndəlik və şirkətləri də layihədə aktiv iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-5291.html