Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakının bir neçə rayonunun qaz təminatı dayandırılıb
26.11.11 02:13

Dünən gecə saatlarından Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində, Bakı-Sumqayıt şosesinin kənarından keçən yeraltı qaz kəmərində qaz sızması nəticəsində baş verən yanğından sonra kəmərin qaz təchizatı dayandırılıb. “KƏLAMİNFO” ARDNŞ-ə istinadən bildirir ki, nəticədə Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin bir hissəsində, 6, 7, 8, 9-cu mikrorayonların ərazisində - bütövlükdə Nəsimi rayonu ərazisində - 1, 2, 3, 4, 5-ci mikrorayonlarda isə müəyyən hissələrdə təbii qaz təminatı dayandırılıb. Həyata keçirilən tədbirlərdən sonra Rəsulzadə qəsəbəsinin, 6, 7, 8, 9-cu mikrorayonların qaz təchizatı bərpa edilib, 1, 2, 3, 4, 5-ci mikrorayonların ərazisində - Mir Cəlal, 20 Yanvar, Asif Məhərrəmov, Seyidzadə, Cəlil Məmmədquluzadə, Bakıxanov küçələrində, habelə Tbilisi prospekti və Alatava yaşayış massivində təbii qazın bərpası istiqamətində isə işlər davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-5290.html