Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Nazir müavini: “Danışıqlar seçkiyə aidiyyəti olmayan məsələdir”
25.11.11 20:13

“Qarşıdan gələn illərdə ATƏT Minsk qrupunun həmsədr ölkələrində - Fransa, Rusiya və ABŞ-da keçiriləcək prezident seçkilərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda durğunluq yaratması kimi fikirlər uydurmadır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. O qeyd edib ki, seçkilər normal prosesdir və hər bir ölkədə keçirilə bilər. “Lakin dövlətin mövqeyi seçkilərdən daha üstdə duran məsələdir və bunun Qarabağla bağlı danışıqlara heç bir aidiyyəti yoxdur. Seçkidən əvvəl bəlli olan dövlətin mövqeyi seçkidən sonra dəyişilmir. Biz Robert Köçəryanla Serj Sarkisyan arasında heç bir dəyişiklik görmədik. Ermənistanda da gələn il keçiriləcək seçkilərin prosesə təsir etməsi ilə bağlı da heç bir arqument görmürük. Ermənistanda keçiriləcək seçkilər faktoru ciddiyə alınmamalıdır. ABŞ, Rusiya və Fransaya gəldikdə isə vəziyyət yenə dəyişməyəcək. Çünki münaqişənin həlli istiqamətində aparılan danışıqlar seçkiyə aidiyyəti olmayan bir məsələdir. Dövlətlərin prinsipial mövqeləri və maraqları onları münaqişənin həllinə sövq etməlidir. Ona görə də seçkilərə istinad edənlər sadəcə bəhanə axtarmış olurlar” - deyə A.Əzimov vurğulayıb. Nazir müavini, həmçinin deyib ki, ATƏT Minsk qrupunun həmsədrlərindən olan Bernar Fasyenin dəyişdirilməsinin Dağlıq Qarabağla bağlı danışıqlarda heç bir təsiri olmayacaq. “Fasyedən əvvəl də kimlərsə mütəmadi dəyişib, amma heç bir dəyişiklik olmayıb” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5288.html