Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Araz Əzimov: “Madrid-2 sənədini Ermənistan rədd edib”
25.11.11 20:13

“Azərbaycanın işğal altında olan torpaqlarında hansısa iqtisadi və infrastruktur dəyişikliklərə səbəb olan fəaliyyət qeyri-qanunidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Onun fikrincə, bu baxımdan Kəlbəcər rayonunun üzərindən hansısa yolun çəkilməsi təşəbbüsləri Cenevrə Konvensiyasına ziddir. “Bu, Ermənistanın atdığı ilk qeyri-qanuni addım deyil. Lakin Ermənistan bilsin ki, atdığı bu kimi addımlara görə sonda cavab verməli olacaq. Bir gün gələcək onlar mütləq cavab verəcəklər” - deyə A.Əzimov vurğulayıb. XİN rəsmisi onu da deyib ki, Ermənistan rəsmilərinin açıqlamalarında Kazan görüşünün İrəvan tərəfindən qəbul edilməsi ilə bağlı fikirlər səsləndirilir. “Fikrimcə, bu məsələyə başqa yanaşma olmalıdır. 2010-cu ilin yanvarında Ermənistan prezidenti Serj Sarkisyan Madrid sənədinin tərkib hissəsi olan Madrid-2 versiyası adlandırılan və ATƏT-in Minsk qrupu həmsədr ölkələri tərəfindən hazırlanaraq təqdim olunan sənədi rədd etmişdi. Bundan sonra həmsədrlərdən biri özü təşəbbüs göstərərək bəzi təkliflər irəli sürdü ki, bunlar da uyğun sayılmadı. Azərbaycan tərəfi də bu təklifləri qəbul etmədi. Lakin onu da diqqətə çatdırım ki, prosesin əsasında duran Madrid-2 sənədini Ermənistan rədd edib. Beləliklə, Ermənistan rəhbərinin Kazan görüşü ilə bağlı iddiaları sadəcə, düzgün deyil və bir növ diqqəti həqiqətdən yayındıran iddialardır. İstərdim ki, Ermənistan ötən ilki vəziyyətə nəzər salsın. Əgər istəsələr, biz o sənədin layihəsini təqdim edə bilərik. Ya da bu sənədlərin layihələrini həmsədrlər də onlara verə bilər. Məncə, vəziyyəti Ermənistan özü dəyərləndirməlidir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5287.html