Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hüseyn Diriöz: NATO ilə əlaqələrdə Azərbaycan özünü yaxşı tərəfdaş kimi göstərir
25.11.11 20:13

“Azərbaycan ötən illər ərzində NATO ilə əlaqələrini inkişaf etdirib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan NATO baş katibinin müavini Hüseyn Diriöz bildirib. O qeyd edib ki, ikitərəfli əlaqələrdə Azərbaycan özünü yaxşı tərəfdaş kimi göstərir. “Əfqanıstanda və digər NATO ilə birgə keçirilən layihələri bu sıraya aid eləmək olar” - deyə H.Diriöz vurğulayıb. Baş katibin müavini bildirib ki, bu yaxınlarda NATO-nun Lissabonda keçirilən konfransında qurumun yeni strategiyası müəyyənləşdirilib. “Yeni strategiyada NATO-nun qlobal təhlükələrə qarşı və dünyanı narahat edən problemlərin həllində özünə tərəfdaş ölkələrlə birgə fəaliyyəti nəzərdə tutulub. Bu ilin aprel ayında isə Berlində keçirilən NATO xarici işlər nazirlərinin toplantısında da əməkdaşlığın bu səviyyədə inkişaf etdirilməsi ilə bağlı qərar qəbul olunub. Artıq NATO üçün ortaq fəaliyyət daha önəmli hala gəlib çatıb. Bunu elə Azərbaycanla da münasibətlərə şamil eləmək olar” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5286.html