Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » YUNESKO-nun müvafiq Komitəsindən ermənilərə rədd cavabı
25.11.11 21:13

İndoneziyanın Bali adasında YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti altıncı sessiyası öz işinə başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən veriblər. Tədbirdə ölkəmizi YUNESKO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, ekspert-musiqişünas Sənubər Bağırova və AR Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva təmsil etmişlər. Sessiyanın birinci günündə qeyri-maddi mədəni irsin təcili qorunma siyahısına nominasiyalar müzakirə edilib. Nominasiyalar arasında Ermənistanın iki nominasiyası – Erməni Aşıq məhəbbət romansı ənənəsi və Erməni su festivalı Vardavar müzakirə edilib. Müzakirə zamanı ölkəmizin nümayəndəsi Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyi ilə yanaşı, aşıq sənətinin Ermənistan tərəfindən mənimsəndiyi və nominasiyada Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğunu Komitənin üzvlərinə çatdırıblar. Qeyd edilənlərin Konvensiyanın müvafiq müddəalarına zidd olduğu və YUNESKO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi vurğulanıb. Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, Komitənin əksər üzvləri ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər. Beləliklə, Komitənin müvafiq qərarına əsasən sözügedən iki nominasiya qəbul edilməyib. Xatırladaq ki, Azərbaycan 2010-cu ildən etibarən Komitənin dörd illik müddətinə üzvüdür.
URL / WWW
http://kelam.az/article/a-5284.html