Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » III Qurultayda prezidentlərin müraciətləri oxunub
26.11.11 02:11

“Rusiyada yaşayan bir sıra görkəmli azərbaycanlılar Rusiya Federasiyasının inkişafına mühüm töhfə verib”. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO” verilən məlumata görə, bu sözləri bu gün Moskvada öz işinə başlayan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) III Qurultayında konqresin prezidenti Məmməd Əliyev söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılmış ÜAK-ın Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasındakı rolu misilsizdir. M.Əliyev Qurultayın gündəliyində duran məsələlər barədə məlumat verdikdən sonra Qurultayın işçi orqanları yaradılıb, çıxış və məruzələr üçü reqlament müəyyən edilib. Daha sonra Rusiyanın Prezident Administrasiyasının idarə rəisi, Administrasiya rəhbərinin müavini Sergey Vinokurov prezident Dmitri Medvedevin Qurultay iştirakçılarına “Azərbaycan və rus xalqları əsrlərdən bəri iki dost xalq olaraq yanaşı yaşayır və bu dostluq ənənələri nəsildən-nəsilə ötürülür” başlıqlı müraciətini oxuyub. Müraciətdə daha sonra vurğulanıb ki, hazırda da Azərbaycan diasporu Rusiyanın ictimai, iqtisadi və mədəni həyatına əhəmiyyətli töhfə verməkdə davam edir. Bildirilir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də Qurultay iştirakçılarını salamlayıb və prezident İlham Əliyevin Qurultay iştirakçılarına müraciətini oxuyub. Müraciətdə Azərbaycan prezidenti İlham Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələrini salamlayıb, onlara işlərində uğurlar arzulayıb. Azərbaycan və Rusiya Federasiyası arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən İlham Əliyev iki xalq arasında dostluq əlaqələrinin xalqlarımız arasında mədəni-mənəvi bağlarla şərtləndiyini bildirib və Rusiyada yaşayan azərbaycanlıların böyük potensiala malik olduğunu qeyd edərək Qurultay iştirakçılarına uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-5283.html