Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » PKK-nın 50-yə yaxın tərəfdarı Avropa Şurasının Strasburqdakı binasına soxulub
24.11.11 20:22

PKK terror təşkilatının 50-yə yaxın tərəfdarı Avropa Şurasının Strasburqdakı binasına soxulublar. Onlar PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın müalicə olunmasının təmin olunmasını tələb ediblər. «KƏLAMİNFO» «Frans Press» agentliyinə istinadən xəbər verir ki, fəallar AŞ-nin binasının «Aqora» zalının şüşə qapılarını dağıdıblar. Zalın xolunda yerə əyləşən kürdlər «Öcalanı azad edin!» «Kürd xalqı ilə həmrəylik» şüarları səsləndiriblər. RİA «Novosti»nin yaydığı xəbərə görə, polisi görən fəallar canlı sədd qurublar. Lakin bu, polisə onları oradan qovmağa mane olmayıb. Altı nəfər hüquq-mühafizə orqanları işçilərini təhqir etdiyinə görə həbs edilib.
URL / WWW
http://kelam.az/article/a-5280.html