Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Aşura günü” ilə əlaqədar keçirilən qanvermə aksiyalarında 1200 litr qan tədarük olunub
29.12.09 02:48

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Qanvermə aksiyalarında 2773 nəfər könüllü olaraq qan verib, nəticədə 1200 litr (1,2 t) qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Qeyd edək ki, aksiyalar Bakı şəhərində yerləşən “Təzə pir”, “Şah Abbas”, “Cümə”, “Mirmövsüm Ağa”, “Qaraçuxur”, “Göy məscid” (Əjdər bəy), “Bibiheybət” məscidlərində, həmçinin Sumqayıt, Gəncə, Masallı, Lənkəran, Cəlilabad şəhərlərindəki məscidlərdə və ET Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankında keçirilib. Xatırladaq ki, keçən il “Aşura günündə” isə 2137 nəfər könüllü olaraq qan verib, 1110 litr (1,1 t) qan tədarük olunub.
URL / WWW
http://kelam.az/article/a-528.html