Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verdi
24.11.11 20:22

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. Bu barədə məlumatı “KƏLAMİNFO” QMİ-nin mətbuat xidmətindən veriblər. Fətvaya əsasən, Məhərrəm 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dır. "Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin ruhuna xütbələr oxunmalıdır",-deyə fətvada deyilir. Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn (ə) və yaxınları Yəzid ibn Müaviyənin qoşunları tərəfindən qətlə yetirilib."Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır",-deyə QMİ-nin fətvasında qeyd edilir.
URL / WWW
http://kelam.az/article/a-5279.html