Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Abbasov UNECE-nin baş katibi ilə görüşüb
24.11.11 20:22

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT-nin Avropa İqtisadi Komissiyasının (United Nations Economic Commission for Europe - UNECE) icraçı baş katibi Yan Kubişlə görüşüb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Abbasov “BakuTel” sərgisində iştirakına görə Y.Kubişə minnətdarlığını bildirərək UNECE ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Görüşdə “İnnovasiyalar üzrə fəaliyyətin icmalı” layihəsi haqqında məlumat verən Y.Kubiş bildirib ki, bu layihədə UNECE və beynəlxalq ekspertlər müvafiq ölkələrlə araşdırmalar apararaq lazımi tövsiyələr verir. Qonaq Azərbaycanda 2013-cü ildə belə pilot layihənin hazırlanmasının məqsədəuyğun olduğunu əlavə edib.Görüş çərçivəsində əsas məqsədi region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmanın təşviq edilməsi, birgə səylərlə daha effektiv həll ediləcək prioritet məsələlərin maliyyələşdirilməsi olan BMT-nin SPECA (Special Programme for the Economies of Central Asia - Mərkəzi Asiya iqtisadiyyatları üzrə Xüsusi Proqram) proqramı çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, Komissiyanın “Dövlət-özəl tərəfdaşlıq”ı istiqamətində fəaliyyətə başlaması məsələsi də müzakirə olunub. UNECE-nin üzv ölkələrində informasiya texnologiyaları üzrə yaradılan regional mərkəzlərin əhəmiyyətindən bəhs edən Yan Kubiş belə bir mərkəzin Azərbaycanda yaradılmasının faydalı olacağını qeyd edib. Öz növbəsində Ə.Abbasov respublikanın bu layihəni dəstəklədiyini və layihənin icrası istiqamətində həyata keçirilən bütün işlərə lazımi köməyin göstəriləcəyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5278.html