Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əmlak Komitəsi turizm obyektlərinin özəlləşdirilməsi ilə bağlı seminar keçirib
25.11.11 02:22

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən turizm obyektlərinin özəlləşdirilməsi sahəsində xarici təcrübəyə dair seminarlar keçirilib. Komitədən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Turizm ili” çərçivəsində turizm sahəsinə investisiya qoyuluşlarının daha da artırılması məqsədi ilə özəlləşdirilməyə açıq elan edilmiş turizm obyektlərinin özəlləşdirilməsinin sürətləndirilməsi və bu sahədə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinə, habelə onun müsbət cəhətlərinin tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 noyabr 2011-ci il tarixində Quba, 23 noyabr 2011-ci il tarixində isə Şəkidə “Turizm obyektlərinin özəlləşdirilməsi sahəsində xarici təcrübə” mövzusunda seminar keçirilib. Hər iki tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Tədbirə həmçinin Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumunun nümayəndələri də dəvət edilib. Seminarlarda komitənin mərkəzi aparatının və müvafiq regionlarda fəaliyyət göstərən ərazi qurumlarının işçiləri iştirak edib.Seminarlarda turizm obyektlərinin özəlləşdirilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb. Tədbirlərin sonunda iştirakçılara sertifikatlar verilib.
URL / WWW
http://kelam.az/article/a-5276.html