Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Dövlət xidməti BDU-da seminar keçirib
25.11.11 02:22

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı Dövlət Universitetində “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda seminar təşkil edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin 200-dən artıq müəllim və tələbələri iştirak edib. Seminarda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib. A.Əliyev bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda məruzə ilə çıxış edərək, istehlakçı hüquqları barədə ətraflı məlumat verib, bu sahədə dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Tədbir çərçivəsində seminar iştirakçılarının istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif broşurlar və yaddaş kitabçaları paylanıb.
URL / WWW
http://kelam.az/article/a-5275.html