Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Araz Əzimov: Fransa Prezidentinin Yerevana və Bakıya səfəri də bir nəticə vermədi
24.11.11 21:22

Xarici işlər naziri Elmar Məmmədyarovun dekabrda Vilnüsdə ATƏT-in Nazirlər Şurasının konfransında erməni həmkarı ilə görüşü planlaşdırılmır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. A.Əzimov həmçinin həmsədrlərin regiona gözlənilən səfərlərinə də münasibət bildirib. "Noyabrın sonlarında həmsədrlərin regiona səfəri gözlənilir, lakin mən bu səfərdən bir şey gözləmirəm. Ermənistan keçmişdə olduğu kimi, vəziyyətdən sui-istifadə edir. Ermənistan Azərbaycanın verdiyi konstruktiv təkliflərə cavab vermək əvəzinə başqa yolu seçir. Azərbaycanın işğal olunmuş ərazilərindən sui-istifadə edir və beləliklə prosesdə irəliləyişin olmasında maraqlı olmadığını göstərir",-A.Əzimov bildirib. Onun sözlərinə görə, prezidentlərin Kazan görüşündən sonra vəziyyət aydın olsa da, danışıqlar bir növ, durğunluğa düşüb. XİN rəsmisi həmçinin Fransa Prezidentinin Yerevana və Bakıya səfərinin də bir nəticə vermədiyini deyib.
URL / WWW
http://kelam.az/article/a-5273.html