Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hadı Rəcəbli: “Sosial xidmətlər haqqında” qanunda çox vacib məsələlər yer alıb”
23.11.11 20:28

“Milli Məclisdə müzakirə olunan “Sosial xidmətlər haqqında” qanunda çox vacib məsələlər yer alıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Sosial qanunvericilik: reallıqlar, perspektivlər” mövzusunda keçirilən dinləmələrdə söyləyib.O, qeyd edib ki, “Sosial xidmətlər haqqında” qanunda inqilabi addımlar atılıb. “İlk dəfə özəl qurumların, QHT-lərin sosial xidmətlə məşğul ola biləcəyini qeyd etmişik. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də bununla razılaşdı, dedilər ki, bunu QHT-lər etsə, daha yaxşı olar. Məsələn, xaricdə qocalar evi var ki, saunasından belə hər şey var və bunu özəl şirkətlər edir”,-deyə H.Rəcəbli vurğulayıb. Vaxtilə Azərbaycanda gəlin qaynananın ayağını yuması kimi ənənədən danışan komitə sədri deyib ki, indi bu mümkün deyil və yaxşı da olmazdı. “Hazırda Bakıda bəziləri anaları üçün qulluqçular tutublar. Ona görə də sosial xidmətlərə özəl qurumların cəlb edilməsi yaxşı olardı”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5265.html