Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Millət vəkili: Ali məktəblər və səhiyyə müəssisələri özəlləşdirilsin
24.11.11 02:28

“Ölkənin sosial həyatı üçün önəmli rol oynayan texniki peşə məktəblərinə ayrılan vəsait artırılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib. O, həmçinin ali məktəblərin yataqxana problemlərinin də tezliklə həll edilməsini vacib sayıb. “Yataqxanalardakı qaçqın və köçkünlər üçün binaların tikilməsi sürətləndirilməli və şəraiti olan yataqxanalar tələbələrə ayrılmalıdır. O cümlədən ali məktəblər üçün yeni yataqxanalar tikilməlidir. Çünki rayonlardan gələn tələbələrin kirayə haqqını valideynlər ödəməkdə çətinlik çəkirlər”,-deyə Q.Paşayeva vurğulayıb. Deputat Qüdrət Həsənquliyev isə deyib ki, müəllimlərin əməkhaqqı orta aylıq əməkhaqqından 3 dəfə azdır, ən azı orta aylıq əməkhaqqı səviyyəsinə qaldırılmalıdır. “Problemin köklü həlli üçün ali məktəblər özəlləşdirilməlidir. Səhiyyə müəssisələri də özəlləşdirilməlidir”,-deyə Q.Həsənquliyev vurğulayıb. Millət vəkili bildirib ki, Bakı şəhərində bütün binalar təhlükəsizlik kameraları ilə təmin olunmalıdır.
URL / WWW
http://kelam.az/article/a-5264.html