Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Siyavuş Novruzov: “Liviyanın pullarını alıb Yunanıstana verdilər”
23.11.11 20:25

“Bizim bəzi müxalif qüvvələrə anlatmaq istərdim ki, investisiya qoymaq bazardan alma almaq deyil. Almanı almaq üçün əvvəl ağacını yetişdirməlisən. 1994-cü ildə müqavilə imzalanandan sonra dərhal göydən dollar tökülmədi ki?! Regionlarda hər gün müəssisələr açılır. Bu günkü acından ölməlidir ki, neft pulları gələcək nəsillərə saxlanılsın? Bu cür yanaşma düzgün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında YAP-dan olan deputat Siyavuş Novruzov bildirib.O, qeyd edib ki, gələn ilin büdcəsini müzakirə edən zaman ətraflı düşünmək lazımdır. “Burada fikirlər səsləndirilir ki, dövlət büdcəsində neftdən gələn pullar gəlir gətirilən sahələrə qoyulmalıdır. Körpü çəkilməsi, yol salınması investisiya layihəsi deyil, bəs nədir? Əgər körpü, yol, məktəb tikilməsi gəlir gətirmirsə, bunları tikmək lazım deyil? Hansı düşüncə ilə belə fikirləşmək olar? Var gəlir gətirən layihələr, var gəlir gətirməyən layihələr. Məktəb, yol, körpü, xəstəxana gəlir gətirməsə də xalqın rifahına xidmət edir. Kimsə bu müəssisələrlə özünün xüsusi obyektlərini qarışdırmasın. Deyirlər neftin pulu gələcəyə saxlanılsın, bəs 5 min tələbənin xaricdə oxuması gələcəyə qoyulan investisiya deyil? Bu pulları Fonda yığıb saxlamaqla heç nə əldə eləmək olmur. Liviya neft pullarını neft fonduna yığmışdı. İndi Liviyanın o pullarını alıb Yunanıstana verdilər”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5262.html