Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Nizami Cəfərov və Sədaqət Vəliyeva Astanada TürkPA-nın iclasında iştirak edəcəklər
23.11.11 20:25

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə “Birgə Qorqud Proqramı”nın layihəsi, o cümlədən türk xalqlarının mədəniyyət, elm-təhsil, texnologiya sahələrində əməkdaşlığının təşviqi ilə bağlı müzakirələr aparılacaq. Deputatlarımız müzakirə olunacaq məsələlərə dair öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər. Səfər noyabrın 27-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-5261.html