Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin deputatları Baltik Assambleyasının sessiyasına qatılacaqlar
23.11.11 23:25

Noyabrın 24-dən 26-dək parlamentin deputatları Elton Məmmədov və Əli Məsimli Baltik Assambleyasının 30-cu sessiyası və 17-ci Baltik Şurasının iclaslarında iştirak etmək üçün Estoniyanın paytaxtı Tallin şəhərində səfərdə olacaqlar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Milli Məclisdən veriblər. Toplantıda regionda birgə infrastruktur layihələrinin həyata keçirilməsi, davamlı enerji bazarı, səhiyyə ilə bağlı məsələlərə baxılacaq. Tədbir çərçivəsində Baltik Assambleyası mükafatlarının təqdimetmə mərasimi keçiriləcək. Səfər zamanı Baltik Assambleyası Rəyasət Heyəti, Benelüks Parlamenti və GUAM Parlament Assambleyasının nümayəndə heyətləri arasında üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-5260.html