Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyinin yaradılması təklif olunub
23.11.11 20:25

Bu gün Milli Məclisdə deputatlar Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsinin layihəsinin müzakirəsini davam etdirib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda deputat Fazil Mustafa büdcənin layihəsinin pessimist olduğunu və reallığı əks etdirmədiyini əsas gətirərək onun əleyhinə səs verəcəyini deyib.Deputat İqbal Ağazadə də çıxışını tənqidi motivlər üzərində qurub. Neftdən asılılığın əvvəl-axır ölkəni iqtisadi böhrana salacağını qeyd edən deputat dövlət büdcəsindən ayrılan investisiyaların doğru-düzgün xərclənmədiyinə diqqət yönəldib. “İndiyədək abadlıq və tikinti işlərinə 33 milyard manat investisiya qoyulub. Amma gəlir əldə olunmayıb” - deyə İ.Ağazadə vurğulayıb. Onun sözlərinə görə, xarici ixracın 95%-i neft sektorunun hesabınadır. “Hökumət növbəti ilə yeni strategiya hazırlanmalıdır” - deyə o bildirib. Millət vəkilləri Əhməd Vəliyev, Hikmət Atayev, Xanhüseyn Kazımlı təmsil etdikləri rayonların problemlərini qaldırıb, onların həlli üçün müvafiq tədbirlər həyata keçirməyə çağırıblar. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib ki, Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyinin yaradılmasının vaxtı çatıb. “Mənzil-kommunal sahədə islahatlara ehtiyac var. Onlara ayrılan vəsaitləri yoxlasalar, görərsiniz ki, ayrılan vəsait düzgün xərclənmir” - deyə Ə.Hüseynli vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5259.html