Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Avrasiya Birliyi sanki SSRİ-nin yenidən yaradılmasıdır”
23.11.11 01:53

“Rusiyanın təşəbbüsü ilə Avrasiya Birliyinin yaranmasının obyektiv faktorları var”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloqun fikrincə, ilk növbədə burada uzun müddət sıx yaşamış, birgə yaşamış xalqlardan söhbət gedir. “Bura ruslar, ukraynlar, belaruslar, qazaxlar və sair aiddir. Onlar faktiki olaraq qardaş xalqlar adlandırılır. Bundan başqa Rusiya, Belarus və Qazaxıstan arasında iqtisadi və siyasi əlaqələr ən yüksək səviyyədədir. Birliyin yaradılması üçün istəyə gəldikdə isə, beynəlxalq fikrə də nəzər salmalıyıq. Beynəlxalq fikir də budur ki, bu birlik, sanki SSRİ-nin yenidən yaradılmasıdır. Buna görə də layihəyə mənfi münasibət bildirilib”,-deyə R.Ağayev vurğulayıb.Ekspert deyir ki, birliyin yaradılmasına bu ölkələrin daxilində də etirazlar var və bu daha da artacaq. “Kimsə düşünürsə ki, bir-iki imza atmaqla bu layihə reallaşacaq, bu, sadəlövlük olardı. Bu proyektin həyata keçməsi mənə elə gəlir ki, 10-15 il çəkəcək. Çünki özləri deyirlər ki, Avropa Birliyinə bənzər bir qrup yaratmaq istəyirlər. Avropa Birliyinin yaranmasına baxdıqda görəcəyik ki, çox uzun müddət keçdi, belə desək xəmir çox su apardı. Düzdür, indiki şərait əvvəlki kimi də deyil. Şərait daha əlverişlidir. Amma yenə nəzərə almalıyıq ki, bu, ciddi bir prosesdir”,-deyə o, əlavə edib. Təşəbbüsün sırf baş nazir Vladimir Putinin adına bağlanması ilə razılaşmayan R.Ağayev deyir ki, V.Putindən əvvəl də bu layihə haqqında danışılırdı. “Lakin həyata keçirə bilmirdilər. V.Putin bu məsələni reallaşdımağa başlayır. Hər seçki qabağı Putin bu məsələni gündəmə gətirirdi. Bu istiqamətdə hansısa ciddi addımlar atılacaq və bunun qarşısını almaq çətin olacaq. Çünki Avropanın bu gün başı özünə qarışıb. Bildiyimiz kimi, Avropa ölkələrində iqtisadi böhran yaşanır”,-deyə o, bildirib. Qeyd edək ki, bu il noyabrın 18-də Rusiya, Belarus və Qazaxıstan prezidentləri ölkələri arasındakı iqtisadi əlaqələri möhkəmləndirməyi əsas tutan Avrasiya Birliyinin yaradılması üçün Moskvada imzalama mərasimi keçiriblər.
URL / WWW
http://kelam.az/article/a-5254.html