Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisinin iclası olub
28.12.09 16:48

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisinin iclası olub. KƏLAMİNFO xəbər verir ki, məclis üzvləri, respublikanın şəhər və rayonlarından həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edən AHİK sədri Səttar Mehbalıyev “Respublikada həmkarlar ittifaqı hərəkatının inkişaf meylləri, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Sədr son illərdə ölkə başçısının diqqət və qayğısı sayəsində “Həmkarlar ittifaqları haqqında” Qanuna, “Əmək Məcəlləsi”, “İnzibati Xətalar Məcəlləsinə” edilən dəyişikliklərin həmkarlar ittifaqının nüfuz və səlahiyyətlərinin artmasına xidmət etdiyini bildirib. “Bu gün Azərbaycanda həmkarlar hərəkatı inkişafdadır, vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir, sosial əməkdaşlıq prinsiplərinə əsaslanaraq əməkçilərin hüquqları və mənafelərinin müdafiəsində real işlər görür”,- deyə S.Mehbalıyev bildirib. O, eyni zamanda həmkarlar ittifaqlarının hüquq və azadlıqlarının pozulmasına qarşı mübarizə aparıldığını da söyləyib. Bu işlərdə digər ölkələrin həmkarlar ittifaqlarının təcrübəsindən geniş istifadə edildiyini bildirən sədr beynəlxalq təcrübəyə əsasən birləşdirici proseslərin səmərəsinin çox olduğuna, yeni əməkdaşlıqlar barədə düşünmək lazım olduğunu vurğulayıb. Konfederasiya sədri rəhbərlik etdiyi qurumun beynəlxalq həmkarlar ittifaqları birlikləri və ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə yanaşı, Beynəlxalq Əmək Təşkilatı, Avropa Şurası ilə əməkdaşlıq etdiyini qeyd edib. “Bu əməkdaşlığın nəticəsidir ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin illik hesabatlarında Azərbaycan həmkarlar ittifaqlarının nailiyyətləri daim öz əksini tapır”,-deyə, o söyləyib. Həmkarların əmək qanunvericiliyinə əməl edilməsinə nəzarəti hər vasitə ilə gücləndirməyə çalışdığını vurğulayan S.Mehbalıyev həmkarlar ittifaqlarının fəal mövqeyi nəticəsində bəzi müəssisələrin bağlanmasının, işçilərin kütləvi ixtisarlarının, əmək və sosial hüquqlarının pozulmasının qarşısı alındığını misal çəkib. AHİK sədri qeyd edib ki, konfederasiyanın yaranışından bu günə kimi, Həmkarlar İttifaqları Konfederasiyası hökumət və işəgötürənlərlə Baş Kollektiv Saziş imzalayıblar. Onun sözlərinə görə, işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, onların normal iş fəaliyyətinə təminatların yaradılmasına xidmət edən kollektiv müqavilələrin bütün səviyyələrdə imzalanması qurumun tərəfdaşları ilə konstruktiv əlaqələrindən, sıx əməkdaşlığından xəbər verir. “Sosial tərəfdaşlığın gücləndirilməsi məqsədilə “Sosial əməkdaşlıq haqqında” qanun layihəsi hazırlanaraq müvafiq orqanlara təqdim edilib. Son illər ərzində birgə səylərimiz nəticəsində minumum əməkhaqqının, əmək haqlarının artırılmasına, yoxsulluğun və işsizliyin səviyyəsinin hiss olunacaq səviyyədə aşağı salınmasına nail olunub”,-deyə S.Mehbalıyev bildirib. Məclisdə keçirilən müzakirələrdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Konfederasiyasının sədri Hikmət Osmanov, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Konfederasiyasının sədri Cahangir Əliyev, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Konfederasiyasının sədri Tofiq Musayev, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Konfedarasiyasının sədri Rafiq İldarov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Konfederasiyasının sədr müavini Şaiq Əsgərov çıxış ediblər. Sonra məclisdə müzakirə olunan məsələlər barəsində bir sıra qərarlar qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-525.html