Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda turizm statistikası ilə bağlı seminar keçiriləcək
23.11.11 01:53

Bakıda Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində birinci seminarı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, BMÜTT-nın “2011-2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı”nın Azərbaycanda keçirilməsinə dair bu ilin 23 mart tarixində İspaniyanın Madrid şəhərində BMÜTT və Mədəniyyət və Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu Memoranduma əsasən Bakıda Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində birinci seminarı keçiriləcək. Seminarda BMÜTT-yə üzv olan Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumları, həmçinin Mərkəzi Bankın nümayəndələri, BMÜTT-nın məsul əməkdaşları və statistika sahəsində ekspertlərinin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan tərəfi tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Miqrasiya Komitəsi və Mərkəzi Bank tərəfindən təmsil olunacaq. Xatırladaq ki, proqramın birinci regional seminarı 2011-ci il 22-25 noyabr tarixlərində Monolit Plazada saat 10:00-da keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-5248.html