Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Doktoranturaya qəbulla bağlı keçirilən imtahanlar noyabrın sonunda başa çatacaq
21.11.11 19:49

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə keçirilən imtahanlar noyabrın sonunda başa çatacaq. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib. S.Abbasoğlu deyib ki, ixtisasdan keçirilən imtahanlar başa çatıb və hazırda doktorant olmaq istəyənlər xarici dildən imtahan verirlər. Onun sözlərinə görə, noyabrın sonu imtahanlar başa çatandan sonra nəticələrə elmi şuralarda baxılacaq. Hələlik qəbulla bağlı statistik məlumatların olmadığını diqqətə çatdıran S.Abbasoğlu deyib ki, ümumi nəticələrin dekabrın ortalarında məlum olacağı gözlənilir. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə 2011-ci il üçün qəbul planı 215 nəfər müəyyənləşdirilib. Onlardan 174 nəfər əyani, 41 nəfəri qiyabi müəyyən edilib. Akademiya üzrə elan edilən yerlərə 478 nəfər sənəd verib. Onlardan 368 nəfəri əyani, 110-u qiyabi yerlərə sənəd verib.
URL / WWW
http://kelam.az/article/a-5244.html