Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Korrupsiya hüquqpozmaları ilə bağlı 4 nəfər ədliyyə orqanlarından xaric edilib
21.11.11 19:49

Ədliyyə Nazirliyində vətəndaşların müraciətlərinə baxılmasının təkmilləşdirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə işlər görülür, monitorinq qrupları təşkil olunub, nazirliyin internet saytında “qaynar xətt” bölməsi və ayrıca telefon xidməti yaradılıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində ədliyyə nazirinin müavini Toğrul Musayev deyib. Nazir müavini deyib ki, “Qaynar xətt”ə daxil olan şikayətlərə baxılması Qaydaları təsdiq edilib. Onun sözlərinə görə, nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə cari ildə 4 nəfər barədə materiallar prokurorluğa göndərilib, habelə 7 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 4 nəfər ədliyyə orqanlarından xaric edilib.
URL / WWW
http://kelam.az/article/a-5243.html