Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğanın məxfi bank hesabları ilə bağlı qalmaqal yenidən start götürüb
21.11.11 19:45

Türkiyədə yeddi il bundan öncə baş nazir Rəcəb Tayyib Ərdoğanın məxfi bank hesabları ilə bağlı yaşanmış qalmaqal yenidən start götürüb. «KƏLAMİNFO»nun məlumatına görə, 2004-cü ildə baş nazirin İsveçrə banklarında gizli hesablarının olması barədə informasiya dərc edilmişdi. Həmin məlumatda göstərilmişdi ki, Ərdoğan İsveçrə banklarında 800 mln. dollarlıq gizli hesaba malikdir. Bundan sonra Ərdoğan dərhal mətbuat konfransı keçirərək düşmənlərinin belə bir informasiya yaydığını bildirmişdi. Onun sözlərinə görə, bu şəxslər onun nüfuzuna xələl gətirmək istəyiblər və onun bankda heç bir hesabı yoxdur. «Mənim İsveçrə banklarında bir qəpik də olsun pulum yoxdur. Mənim nəyisə sübut etməyə ehtiyacım yoxdur.» Qalmaqal bir müddətdən sonra yenidən baş qaldırıb. Türkiyə MİT kəşfiyyat idarəsinin məxfi əməkdaşı Kuzino Blo Ərdoğanın gizli hesabları barədə məktub yazıb. Bu şəxs həbsxanada ürək çatışmazlığından vəfat edib. Hazırda onun ölümü Ankaranın hakimiyyət orqanları tərəfindən araşdırılır. Blo terrorçulara kömək etməkdə və yaraqlılara məxfi məlumatlar verməkdə günahlandırılıb. Ölən şəxsin məktubları ABŞ-da türk qaçqınları tərəfindən çıxarılan qəzetə dərc edilib. Orada Ərdoğanın nəinki İsveçrə banklarında hesablarının olduğu, eləcə də qondarma adlar altında onun hesabına gələn pullar barədə danışılır. Eyni zamanda Türkiyənin hakimiyyət strukturlarında təmsil olunan şəxslərin də gizli hesabları barədə məlumat verilir.
URL / WWW
http://kelam.az/article/a-5240.html