Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib
28.12.09 16:48

Bu gün Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclası İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə açaraq bildirib ki, gündəliyə daxil edilən əsas məsələ “Fiziki şəxslərin iş yerində bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməsindən icbari sığorta haqqında” qanun layihəsidir. Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev qanun layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, sənəd iş yerlərində bədbəxt hadisələr nəticəsində vətəndaşların sağlamlığını və həyatını təhlükə altında qoyan xəstəliklərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi zamanı icbari sığorta olunma sahəsindəki münasibətləri tənzimləyəcək, onların hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edəcək. Qeyd olunub ki, qanun layihəsi Milli Məclisdə ilk oxunuşda müzakirə edildikdən sonra, işçi qrupu yenidən sənəd üzərində gərgin iş aparıb, millət vəkillərinin və mütəxəssislərin səsləndirdiyi əksər təkliflər qanun layihəsində öz əksini tapıb. Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev 23 maddədən ibarət olan sənədin istehsalat prosesində xəsarət alan, sağlamlığını təhlükə altında qoyan insanların və onların ailələrinin həyatında əhəmiyyətli rol oynayacağını qeyd edib. Sənəddə sığorta almaq hüququ olan şəxslər, onların hüquq və vəzifələri, hadisənin müəyyən edilməsi, ödəniş məbləğinin hesablanması və digər məsələlər tam olaraq nəzərə alındığı vurğulanıb. İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov, nazirliyin idarə rəisi Namiq Xəlilov çıxış edərək qanun layihəsi barədə fikirlərini söyləyiblər. Sonra deputatlar Əmək Məcəlləsində və bəzi qanunvericilik aktlarında texniki xarakterli dəyişikliklərin edilməsi barədə sənədə münasibət bildirdilər. İclasın sonunda qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edilib.
URL / WWW
http://kelam.az/article/a-524.html