Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » II Qara Dəniz Turizm və Səyahət Sərgisində Azərbaycanı MİRAS təmsil edəcək
21.11.11 19:45

Noyabrın 24-dən 27-dək Türkiyənin Trabzon şəhərində keçiriləcək II Qara Dəniz Turizm və Səyahət Sərgisində 100-dən çox firma və agentlik arasında Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edəcək. Birlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə MİRAS-ın təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində tapılan XVIII əsrə aid tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri, numizmatik materiallar, nadir sənət nümunələri, habelə Ağsu şəhərinin dünyanın bir sıra ölkələri və şəhərləri ilə olan ticarət və mədəni əlaqələrindən xəbər verən digər materiallar nümayiş etdiriləcək. Eləcə də “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində görülmüş işlərin nəticələri, Azərbaycanın arxeoloji irsi, “Azərbaycan inciləri” bukleti və “Azərbaycan abidələr diyarıdır” filminin də nümayiş etdirilməsi nəzərdə tutulur. Bildirilir ki, noyabrın 25-də Qara Dəniz Teknik Universitetinin konfrans zalında “Azərbaycan-Trabzon əlaqələri tarixdə” mövzusunda seminar da keçiriləcək. Seminarda Azərbaycanın tarixçi və arxeoloq alimləri məruzə ilə çıxış edəcək. Qeyd edək ki, II Qara Dəniz Turizm və Səyahət Sərgisi Trabzon Valiliyi, Trabzon Bələdiyyə Başkanlığı, Trabzon Ticarət və Sənaye Odası, Trabzon İl Kültür Turizm Müdürlüyü tərəfindən dəstəklənib və Tureks Fuarcılık tərəfindən təşkil edilib.
URL / WWW
http://kelam.az/article/a-5239.html