Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası keçiriləcək
22.11.11 02:45

Noyabrın 23-24-ü tarixlərində Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin təşkilatçılığı ilə Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası (KASPKOM-16) keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Sessiyada Xəzəryanı ölkələrin hidrometeorologiya təşkilatları, Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, gəmiçilik və aviasiya təşkilatlarının nümayəndələri, Xəzər dənizi ərazisində fəaliyyət göstərən təsərrüfat subyektləri, həmçinin alimlər və qeyri-hökumət təşkilatları iştirak edəcəklər. İki gün davam edəcək sessiyada operativ dəniz hidrometeorologiya xidməti və dəniz hidrometeoroloji müşahidə şəbəkəsinin vəziyyəti, Xəzər dənizinin çoxillik səviyyə tərəddüdləri və suyun temperaturu kataloqunun hazırlanması üzrə görülən tədbirlər, aparılan elmi-tədqiqat işləri, KASPKOM və Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə Çərçivə Konvensiyası arasında və eləcə də digər beynəlxalq proqramlar çərçivəsində aparılan əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə ediləcək.
URL / WWW
http://kelam.az/article/a-5238.html