Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ-ın Dəniz Qüvvələrinin katibi Rey Meybas Azərbaycanda səfərdədir
21.11.11 19:45

ABŞ-ın Dəniz Qüvvələri katibi Rey Meybas (Ray Mabus) Azərbaycanda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Meybas Azərbaycanın hökumət rəsmiləri ilə görüşlər keçirəcək, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı müzakirə edəcək. Bu gün onun Azərbaycanın siyasi və hərbi darilərində danışıqlar aparacağı gözlənilir. Müdafiə Katibinin tabeliyində olan, Baş İcraedici Rəhbər kimi Dəniz Qüvvələri Katibi Dəniz Qüvvələri Departamentinin bütün işlərini aparır. Dəniz Qüvvələri Departamenti iki Formalı Xidmətdən ibarətdir: ABŞ Dəniz Qüvvələri və ABŞ Dəniz Korpusu. Dəniz Qüvvələri Katibi milli təhlükəsizlik siyasətinə və Prezident və ya Müdafiə Katibi tərəfindən qoyulmuş məqsədlərə uyğun olaraq siyasətlərin və proqramların təşkilinə və icrasına cavabdehdir.
URL / WWW
http://kelam.az/article/a-5235.html