Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ADDA-nın rəisi Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının sessiyasında iştirak edəcək
21.11.11 19:45

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 27-ci sessiyasında iştirak edəcək. Bu barədə “KƏLAMİNFO”ya Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Q.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış təşkilatı olan, Azərbaycanın 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) noyabrın 21-30-da London şəhərində keçiriləcək Assambleyasının 27-ci sessiyasında iştirak edəcək. Qeyd olunan tədbirdə Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq Komitələrinin və "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya əlavə və dəyişiklərin edilməsi ilə əlaqədar keçirilən 2010-cu il tarixli diplomatik konfransın hesabatları dinləniləcək, Azərbaycanın da üzvü olduğu 1972-ci il tarixli "Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiya"ya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi ilə əlaqədar müzakirələr aparılacaq. Sessiyada həmçinin "Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya"nın 16-cı və 17-ci maddələrinə uyğun olaraq Şura üzvlərinin seçilməsi üçün səsvermənin keçirilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-5234.html