Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Qəbələdə “Qafqaz Sport Hotel”in açılışında iştirak edib
19.11.11 15:32

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində “Qafqaz Sport Hotel”in açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib və turizm obyekti ilə yaxından tanış olub. Məlumat verilib ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılıb. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksesuarlardan istifadə olunub. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə, o cümlədən kral dairəsi, 12 suit və əlillər üçün bir otaq var. Prezident İlham Əliyev otelin nömrələrində yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib. Məlumat verilib ki, otelin hər bir restoranına, barına və iclas zallarına qiymətli daşların adı qoyulub. Otelin idman mərkəzində təlim-məşqlərin keçirilməsi mümkündür. Azərbaycan Prezidenti burada rayonun gənc idmançılarının çıxışlarını izləyib, onlarla xatirə şəkli çəkdirib. Qeyd edilib ki, oteldə ayrıca SPA və sağlamlıq mərkəzi, fitnes zalı, sauna, türk hamamı, masaj otaqları, bərbərxana, gözəllik salonu və vitamin-bar da yaradılıb. Qonaqlar kompyuter faks, avtodayanacaq, camaşırxana, iş mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də istifadə edə biləcəklər. Məlumat verilib ki, otelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec inşa olunub. Burada, həmçinin açıq havada hovuz, uşaq oyun meydançası da yaradılıb. Dövlət başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-5232.html