Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vitse-spiker Bahar Muradova Füzuli rayonunda səfərdə olub
29.12.09 02:47

Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda səfərdə olub. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə bir sıra görüşlər keçirilib. B.Muradova rayonun inzibati mərkəzi kimi fəaliyyət göstərən Horadiz şəhərindəki Mərkəzi Mədəniyyət Sarayında rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və YAP-ın fəalları ilə görüşüb. Görüş zamanı Milli Məclis sədrinin müavini 2009-cu ilin yekunları, o cümlədən Azərbaycan parlamentinin cari ildəki fəaliyyəti barədə ətraflı söhbət açıb, deputat seçildiyi 84 saylı Seçki Dairəsinin əhatə etdiyi ərazidə bu il ərzində görülmüş işlərlə əlaqədar hesabat xarakterli çıxış edib. Sonra vitse-spiker bu günlərdə keçirilmiş bələdiyyə seçkiləri barədə məlumat verib. Daha sonra 2100-dən artıq məcburi köçkün ailəsinin yerləşdirildiyi və ayrı-ayrı 5 yaşayış məntəqəsindən ibarət Zobucuq qəsəbəsində seçicilərlə görüş olub. Çoxsaylı seçicinin iştirak etdiyi bu tədbirdə qəsəbə sakinlərinin problemləri barədə ətraflı söhbət aparılıb və Füzuli rayon İcra Hakimiyyəti ilə birlikdə məsələlərin həlli istiqamətində tədbirlər müəyyənləşdirilib. Tədbirdə 100-dək şəhid ailəsinə və imkansızlara bayram sovqatı hədiyyə edilib. Görüşlərdə iştirak edən rayon sakinləri ölkə rəhbərliyinin bölgəyə, məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-523.html