Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » XİN: Azərbaycan Cənubi Osetiyada keçirilmiş prezident seçkilərini tanımır
19.11.11 15:32

Azərbaycanın Xarici İşlər Nazirliyi 13 noyabr 2011-ci il tarixində Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bəyanatda Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada 13 noyabr 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib. Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.
URL / WWW
http://kelam.az/article/a-5228.html