Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə Ərdoğana məktub ünvanlayıb
20.11.11 01:32

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-dən veriblər. Şeyx məktubda qardaş ölkənin Van bölgəsində baş vermiş zəlzələdən əziyyət çəkən vətəndaşlarına yardım etmək niyyətini bildirib. “Bütün Azərbaycan xalqı möhtərəm dövlət rəhbərimiz - Sizin qardaşınız İlham Əliyev həzrətləri başda olmaqla, təbii fəlakət baş verən ilk gündən etibarən qardaş Türkiyə xalqının çətinliklərini paylaşmağa, zəlzələdən əziyyət çəkənlərə maddi və mənəvi cəhətdən qardaş yardımı göstərilməsinə böyük önəm verdi. QMİ olaraq, Vanda dəhşətli zəlzələnin baş verdiyi ilk gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradaraq, zəlzələdən əziyyət çəkən qardaşlarımıza yardım məqsədilə maddi vəsait köçürməyi özümüzə borc bildik. Lakin təbii fəlakətin miqyasının genişlənməsi - zəlzələnin davamlı şəkildə təkrarlanması səbəbindən zəlzələdən əziyyət çəkənlərin, evsiz-eşiksiz qalan türk vətəndaşlarının sayının artması bizi narahat etməyə bilməz. Soyuq, qarlı günlərin yaxınlaşması bizi xüsusilə qayğılandırır. Bunu nəzərə alaraq, Vanlı türk qardaşlarımıza imkanımız daxilində yardım etmək niyyətindəyik. Zati-aliləri! Münasib bildiyiniz- zəlzələdən ən çox əziyyət çəkmiş Vanlı fəlakət qurbanı olan iki ailəni fəsadlar aradan qaldırılanadək himayəmizdə yaşamaq üçün Azərbaycana təşrif buyurmağa dəvət edirəm. Həmin ailələrin yaşam təminatı tərəfimizdən ödənilməklə, hər bir qayğı ilə əhatə olunmasını mənəvi borc olaraq yerinə yetirməkdən şad olarıq” - deyə məktubda bildirilir.
URL / WWW
http://kelam.az/article/a-5227.html