Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək
20.11.11 01:32

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ədliyyə Nazirliyi ilə birlikdə sabah ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Müsabiqə haqqında elan KİV-də dərc olunmuş və Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində - http://justice.gov.az yerləşdirilib. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb, 356 nəfərin namizədliyi qeydə alınıb. İmtahan Bakı İdman Sarayında saat 10:00-da başlanır. Namizədlər özləri ilə "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq. 3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq: 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb); 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir (suallar TQDK tərəfindən hazırlanıb).Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək. Ümumi nəticədə 55 və daha çox bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılacaqlar.
URL / WWW
http://kelam.az/article/a-5226.html