Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Filosoflar fəlsəfənin tarixi və tədqiqi problemlərini müzakirə edib
19.11.11 15:30

Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədrisi və tədqiqi problemləri” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki,  YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunan konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Misir, İran, İordaniya, Mərakeş və Fransadan olan alimlər iştirak edib. Konfransa, həmçinin İordaniya, Mərakeş və Qatarın Azərbaycandakı səfirləri qatılıb. Konfransda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə “Fəlsəfə günü və fəlsəfə tarixinə yeni yanaşma”, Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami “Ərəb hadisələri (sosial-fəlsəfi təhlil)”, Türkiyədən professor Sevgi Bakırçı “XX əsrdə Türkiyədə fəlsəfi araşdırmalar”,  Fransadan professor Lüsi Campos “Fransada fəlsəfənin və Şərq sivilizasiyası problemlərinin tədrisi”, İordaniyadan fəlsəfə doktoru Leyla Xəlifə “Əbu-əl-Həsən ibn Yusif, əl-Əmir əl amad ala əl-abadın (X əsr) əsərində fəlsəfə tədrisi haqqında” mövzularında məruzə ilə çıxış ediblər.
Konfransda o da bildirilib ki, fəlsəfənin tədrisi və təlimi təşkil edilməlidir. Fəlsəfənin texnologiya ilə əlaqəsindən də qorxmaq lazım deyil.  Həmçinin qeyd edilib ki, bir çox şəxs “Ərəb baharı” ilə fəlsəfə arasında əlaqə tapmaq istəyir.
URL / WWW
http://kelam.az/article/a-5225.html