Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rusiya Müftilər şurası İslam sosial şəbəkənin yaradılmasını dəstəkləyib
20.11.11 01:29

Beynəlxalq layihədə Azərbaycandan da entuziastlar iştirak edirlər 14 noyabr tarixində Moskva şəhərində qlobal müsəlman şəbəkəsi olan Salamworld və Rusiya Müftilər şurası arasında memorandumun təntənəvi imzalanması baş tutub. Əməkdaşlıq barədə razılaşmanı Salamworld-ün baş redaktoru, məşhur Quran tərcüməçisi, fəlsəfə elmləri doktoru Elmir Quliyev və Rusiya Müftilər şurasının sədri müfti şeyx Ravil Qaynuddin imzalamışdırlar. Elmir Quliyevin sözlərinə görə, Salamworld – yeni nəslin sosial şəbəkəsidir və o, öz unikal arxitekturası və imkanları sayəsində müsəlman alimlərinə və ictimai xadimlərinə ən yeni informasiya texnologiyalarını tətbiq etməklə bütün dünyaya islamın dəyərilərini və müsəlman dünyasının imkanlarını göstərməyə imkan verəcək.Öz növbəsində müfti şeyx Ravil Qaynuddin «halal» İnternet-meydançanın yaradılmasının aktuallığını qeyd etdi və dedi ki, o, nüfuzlu müsəlman xadimləri ilə başqa mömin insanlar arasında əlaqə vasitəsi kimi çıxış edəcəkdir. Salamworld - təşəbbüsçüləri Türkiyə, Qazaxstan, Almaniya, Misir, Malayziya, Rusiya və başqa ölkələrdən olan bir qrup müsəlmanların olduğu beynəlxalq layihədir. Salamworld-ün ekspert şürasına Azərbaycandan da nüfuzlu ictimai xadimlər daxildir – bunlar, İFT Gənclər forumunun Baş katibi Elşad İskəndərov və İFT Gənclər forumurur yanında Avrasiya beynəlxalq şurasının sədri Elçin Əsgərovdur. Saytın redaksiya şurasına azərbaycanlı alim Elmir Quliyev sədrlik edir. «Haramsız, siyasətsiz, sərhədsiz» - bu prinsipləri elan etməklə Salamworld təşkilatçıları müsəlmanların ünsiyyəti, təhsili, yeni əlaqələri, ailə dəyərlərinin qiymətləndiyi məkanda boş vaxtlarının keçirilməsi üçün şərait yaratmağı vəd edirlər. Sosial şəbəkənin çoxdilli olması, interfeysinin isə 8 dildə, o cümlədən rus və türk dillərində olması gözlənilir. Saytın açılışı 2012-ci ilin yazına planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-5221.html