Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib
20.11.11 03:25

Prezident İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti açılış mərasimində çıxış edib. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə qəbələlilər adından minnətdarlıq edib. Daha sonra dövlət başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsib. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı Qəbələ Beynəlxalq Aeroportunun layihəsi və Qəbələ-Ağdaş yolunun yenidən qurulması ilə bağlı stendlərə baxıb. Prezident İlham Əliyev aeroportun açılışı münasibətilə təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-5220.html