Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanın cənub bölgəsindən sənəd verən abituriyentlərin 95%-ni oğlanlar təşkil edib
26.12.09 01:29

Azərbaycanın cənub bölgəsindən bu il sənəd verən abituriyentlərin 95%-ni oğlanlar təşkil edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. M.Abbaszadə qeyd edib ki, ölkənin cənub bölgəsində, xüsusilə də Yardımlı və Masallıda bu il hər 400 abituriyentin cəmi 10%-ni qızlar təçkil edib. Təbiətdə belə halın qeyri-mümkünlüyünü söyləyən TQDK sədri bunu həmin bölgədə qızların erkən yaşlarından təhsildən ayrı düşmələri ilə əlaqələndirib. M.Abbaszadə ölkənin qərb bölgəsində isə abituriyentlər arasında qızların oğlanlardan üstünlük təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu bölgədə də abituriyentlər arasında oğlanların azlığı erkən yaşlarından onların təhsili buraxıb digər ölkələrə iş dalınca getməsidir. TQDK sədri ümumilikdə respublika üzrə abituriyentlər arasında oglan və qızların yarı-yarıya faizdə olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-522.html