Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanla Mərakeşin mədəniyyət və turizm sahəsində yeni layihələr gözlənilir
17.11.11 21:10

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeşin Xarici Əlaqələr üzrə Dövlət katibi Lətifə Axerbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ə.Qarayev bu ay Azərbaycanda keçirilən Mərakeş Mədəniyyət Günlərini xatırlayaraq növbəti ildən etibarən hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi üçün razılıq əldə olunduğunu qonağın diqqətinə çatdırıb. Söhbət əsnasında həmçinin Azərbaycan Prezidenti tərəfindən əsası qoyulmuş Bakı Prosesinin əhəmiyyətindən söz açılıb. Xanım L.Axerbaş öz ölkəsi üzrə Sivilizasiyalar Alyansının əlaqələndiricisi olduğunu qeyd edərək, Bakı Prosesini dəstəklədiklərini və Azərbaycanın bu prosesdə rolunun dünya üçün vacib olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, görüş zamanı turizm sahəsində əməkdaşlıq məsələlərinə xüsusilə toxunulub. Bildirilir ki, Mərakeşin müvafiq Turizm Təhsil müəssisə ilə Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq, tələbə mübadiləsi, Azərbaycanlı tələbələr üçün Mərakeşdə təqaüd proqramlarının açılması, Mərakeş turizm şirkətləri ilə yerli şirkətlər arasında əməkdaşlıq və qarşılıqlı tanışlıq səfərlərinin təşkil olunması, Mərakeş televiziya kanallarında Azərbaycan haqqında proqramların nümayişi, habelə digər layihələr müzakirə olunub. Müzakirələr zamanı həmçinin muzey işi, xalq tətbiqi sənəti, əl işləri, abidələrin bərpası sahəsində də fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-5219.html