Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Şəmsəddin Hacıyev: “Təhsil xərclərinin artırılması bu sahədə irəliləyişlərə səbəb olacaq”
18.11.11 02:07

Bu gün Milli Məclisin Elm və Təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, İnsan haqları, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitələrin birgə iclasında 2012-ci il dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılıb. İclasda Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, büdcədə nəzərdə tutulan hədəflər geniş miqyaslıdır və bu, Azərbaycan dövlət quruculuğunda ciddi təkanlar yaradacaq. “Xüsusilə elmə və təhsil sahəsində xərclərin artırılması bu sahənin inkişafında irəliləyişlərə səbəb olacaq” - deyə komitə sədri vurğulayıb. İclasda maliyyə naziri Samir Şərifov büdcə haqqında məlumat verərək deyib ki, mütləq ifadədə gələn ilin dövlət büdcəsinin xərcləri ümumilikdə 16 mlrd. 984 mln. manat olacaq ki, bu da 2011-ci illə müqayisədə 6,5 faiz çoxdur. “Xərclərin 51,8 faizi cari xərclərə, 46,1 faizi əsaslı xərclərə, 21,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəlib. Burada nəqliyyat və rabitə xərcləri 24,9 faiz, mədəniyyət, incəsənət və KİV xərcləri 16,6 faiz, təhsil xərcləri 7 faiz, səhiyyə xərcləri 5,7 faizdir” - deyə nazir vurğulayıb. S.Şərifovun sözlərinə görə, sosial yönümlü xərclərin büdcədəki çəkisi 27,8 faiz olmaqla ötən illə müqayisədə 0,9 faiz çoxdur. İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək gələn ilin dövlət büdcəsində məhkəmə hüquq sistemində çalışanların əmək haqlarının artırılmasından, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə beynəlxalq münasibətlərə çəkiləcək xərclərdən danışıb. Sonra layihə deputatların müzakirəsinə verilib.
URL / WWW
http://kelam.az/article/a-5215.html