Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Distant təhsillə bağlı müzakirələr aparılıb
17.11.11 21:07

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov “Kavrakoğlu” şirkətinin baş proqram mütəxəssisi Berain Gün, proqramın yaradıcısı Hakan Atan və baş menecer Zeki Günlə görüşüb. Görüşdə rektor qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Təhsil Nazirliyinin nümayəndəsi Ayaz Abuşov bildirib ki, görüşün məqsədi “Təhsil müəssisələrində distant təhsil”in necə həyata keçirilməsi ilə bağlı “Kavrakoğlu” şirkətinin hazırladığı layihənin təqdim edilməsidir. H.Atan layihə ilə bağlı təqdimat edib, proqramın bütün incəliklərini iştirakçıların diqqətinə çatdırıb. O, təqdim olunan proqram vasitəsilə universitetlərin tədris planının hazırlanması, eyni zamanda, tələbələrin qeydiyyatının aparılma qaydaları barədə məlumat verib. Sonra isə proqram barədə fikir mübadiləsi aparılıb. Sonda rektor S.Seyidov təqdim olunan proqramın gələcəkdə bir çox ali məktəbdə istifadə olunacağına əminliyini ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-5214.html