Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda 1 279 422 nəfər əmək pensiyaçısı var
17.11.11 21:07

Bu ilin oktyabrına olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 279 422 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 496 248 nəfəri kişi, 783 174 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 330 828 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 815 239 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 355 nəfərdir. Bu ilin 3-cü rübü ərzində yeni təyin olunmuş əmək pensiyaçılarının sayı 10 038 nəfər təşkil edib. Rüb ərzində yeni təyin edilmiş pensiyaların orta aylıq məbləği isə 163,9 manat olub. Əmək pensiyasının 3 növü var - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə.
URL / WWW
http://kelam.az/article/a-5213.html