Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səməd Seyidov: "Azərbaycanı siyasi məhbus məsələsi ilə bağlı hədəf seçmək mümkün deyil”
18.11.11 02:07

Azərbaycan artıq AŞ PA-nın Hüquq komitəsində siyasi məhbus məsələsi ilə bağlı konkret mövqeyini bildirib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O qeyd edib ki, bu mövqe də Avropa Şurasında çox normal mövqe kimi nəzərə alınıb. “Hesab edirəm Avropa Şurası ilə Azərbaycan arasında hansısa problemlərin mövcudluğu barəsində deyilənlər reallığı əks etdirmir. İkitərəfli əməkdaşlıqda da hər gün, hər saat biz öz mövqeyimizi konkret şəkildə ortaya qoymaq iqtidarındayıq və bunu da edirik. Biz dəfələrlə demişik ki, Azərbaycana qarşı ikili standartlar məqbul sayıla bilməz və getdikcə də mövqeyimiz AŞ-də çox düzgün başa düşülür. Ona görə də hər hansı bir məruzəçi və yaxud Avropa Şurasından gələn hər hansı bir şəxs bilməlidir ki, Azərbaycanda gedən proseslər elə belə proseslər deyil. Bu, hələ vaxtilə - 2001-ci ildə AŞ qarşısında öz üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsidir. Bu, Azərbaycanda demokratiyanın yüksək şəkildə təşkili, təmin olunması, o cümlədən insan hüquqlarının qorunmasıdır” - deyə S.Seyidov vurğulayıb. Siyasi məhbus məsələsi ilə bağlı məruzəçinin gəlməsi məsələsinə toxunan S.Seyidov deyib ki, AŞ-da insan hüquqları ilə bağlı Azərbaycanda siyasi məhbus adı altında məruzənin hazırlanması mümkün deyil. “Bu mövqeyimiz də artıq öz real əksini tapıb, yəni AŞ bu məruzənin adını dəyişdirməli olub. Artıq məruzənin adı AŞ ölkələrində siyasi məhbus kimi hesab olunan şəxslərlə bağlı məruzə adlanır. Qoy onlar öz təkliflərinin versinlər, Hüquq komitəsində müzakirə etsinlər. Hansı ölkələrdir, hansı məsələlərdir, ondan sonra həmin o ölkələrə, o cümlədən Azərbaycana kim nə vaxt istəyirsə, gələ bilər. Amma Azərbaycanı bu məsələ ilə hədəf seçmək məqbul və mümkün olan şey deyil” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5212.html