Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Qaxda “İçəribazar” qala kompleksində yaradılan şəraitlə tanış olub
17.11.11 21:07

Prezident İlham Əliyev Qax şəhərindəki “İçəribazar” qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, qədimliyi özündə ehtiva edən qala divarları, drenaj sistemi, təbii daşlar buraya turistləri daha çox cəlb edir. Açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana binası inşa olunub, İçəribazar küçəsi yenidən qurulub. Kompleksin ərazisini gəzən prezidentə məlumat verilib ki, burada tikinti və yenidənqurma işlərinə 2010-cu ilin aprel ayında başlanılıb, qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Bildirilib ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib. Azərbaycan prezidenti Qaxın baş planını, şəhərin qədim hissəsinin bərpasını, perspektiv planını və yeni küçələrin abadlaşdırılmasını əks etdirən stendlərə baxıb. Sonra dövlət başçısı “İçəribazar” qala kompleksində fəaliyyət göstərən tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı və təndirxana otaqları ilə tanış olub, Qax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
URL / WWW
http://kelam.az/article/a-5211.html