Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib
17.11.11 21:07

Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Mehmanxanada yaradılmış şəraitlə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi 3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe–bar, oyun və kino zallarından ibarətdir. Qonaqlar burada türk və çin hamamları, nəhəng hovuzun, yaz-yay terrasının, universal idman meydançasının xidmətlərindən istifadə edə biləcəklər. Buradakı otaqlar yüksək beynəlxalq standartlara cavab verir. Mehmanxananın otaqlarının və yeməkxananın mərkəzləşdirilmiş kompüter proqramı sistemi yaradılıb. Mehmanxananın bütün infrastrukturu-istilik, havalandırma, elektrik, rabitə, yanğınsöndürmə sistemləri ən müasir səviyyədə qurulub. Dövlət başçısı sonra mehmanxananın tikilməkdə olan konfrans zalının layihəsini əks etdirən stendə baxıb. Üç zaldan ibarət olacaq ikimərtəbəli konfrans zalında eyni vaxtda bir neçə tədbirin keçirilməsi mümkün olacaq. Binanın tikintisi 2012-ci ilin martında başa çatacaq. Mehmanxanada yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-5209.html