Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İlham Əliyev Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
18.11.11 02:06

Prezident İlham Əliyev bu gün Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, mərkəzin eskiz layihələri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzi bir hektara yaxın ərazidə inşa olunacaq. Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulub. Sahəsi 2 min kvadratmetrə qədər olacaq əsas binada bir böyük konfrans zalı, eksplikasiya salonları, sinif otaqları və mini konfrans zalı da fəaliyyət göstərəcək. Layihəyə əsasən mərkəzin mühəndis-kommunikasiya sistemi də ən müasir standartlara cavab verəcək. Mərkəzin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini əks etdirən fotoguşə yaradılacaq. Burada xarici dil, rəsm dərnəkləri və ən müasir avadanlıqla təchiz edilən xidmət otaqları fəaliyyət göstərəcək.Mərkəzdə şagirdlər Azərbaycan ədəbiyyatını və tarixini dərindən öyrənəcəklər. Sonra Heydər Əliyev Mərkəzinin təməli qoyulub. Dövlət başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-5208.html