Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşaqların dostu elan edilib
16.11.11 20:13

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların onlara aid qərarların qəbulunda və siyasətinin formalaşmasında iştirakı ilə Azərbaycan Uşaqlarının Ümumrespublika II Forumunu keçirib. “KƏLAMİNFO” xəbər verir ki, forum Heydər Əliyev və UNİCEF-in dəstəyi ilə baş tutub. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib ki, Forumda uşaqlara öz hüquqlarının müdafiəsi istiqamətində onları maraqlandıran məqamları müzakirə etmək və müvafiq təşəbbüslə çıxış etmək imkanı yaradılacaq. “Respublikanın 85 rayon və şəhərindən 350 uşağın qatıldığı bu mühüm tədbirdə xüsusi qayğıya ehtiyacı olan, milli azlıqları təmsil edən, xüsusi istedadı olan, valideyn himayəsindən məhrum olmuş uşaqların iştirakına xüsusi yer verilib. Forumda “Bütün uşaqlar üçün bərabər hüquqlar”, “Yeni təhsil standartları: Uşaqlar və İKT”, “Qarabağ həqiqətləri uşaqların dili ilə”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin məsuliyyəti” və s. mövzular ətrafında uşaqlar müzakirə aparacaq və bu zaman onlar tərəfindən verilən sual və təkliflər aidiyyatı dövlət orqanlarının rəsmi şəxsləri tərəfindən cavablandırılacaq”,-deyə Hicran Hüseynova bildirib. Qeyd edək ki, Forumda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşaqların dostu elan edilib. Bununla bağlı hazırlanan mükafat da bu Forumda prezidentə təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-5207.html